Modern.az

Türkiyə F-35 proqramına qayıdır? - AÇIQLAMA

Türkiyə F-35 proqramına qayıdır? - AÇIQLAMA

Dünya

1 Fevral 2024, 08:50

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Kirbi bu barədə gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırarkən deyib.

 

Kirbi Türkiyəyə F-16 satdıqdan sonra bu ölkənin F-35 proqramına qayıda biləcəyi sualına cavab verərkən deyib ki, hazırda bu mövzuda heç bir dəyişiklik yoxdur: “Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlıqlarımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər”.

 

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə