Modern.az

Ermənistanın keçmiş baş naziri təqaüd ala bilmir - Məhkəmə qalmaqalı

Ermənistanın keçmiş baş naziri təqaüd ala bilmir - Məhkəmə qalmaqalı

Dünya

1 Fevral 2024, 09:24

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan yüksək pensiya ala bilmədiyinə görə təkrar məhkəməyə müraciət edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkə qanunlarına görə, Baqratyana yüksək məbləğdə təqaüd düşsə də, hakimiyyət onu verməkdən imtina edir. Hətta məhkəmənin qərarından sonra da onlar pensiyanı ödəməyiblər və Baqratyan bundan sonra da növbəti məhkəmə instansiyalarına müraciət etməli olub.

Məsələ burasındadır ki, Ali Sovetin 21 oktyabr 1991-ci il tarixli qərarının 3-cü bəndinə əsasən, Baqratyana keçmiş yüksək vəzifəli məmur kimi xüsusi təqaüd ödənilməlidir ki, lakin Ermənistan Vahid Sosial Xidməti həmin pensiyanı verməkdən imtina edib.

Baqratyan İnzibati Məhkəməyə müraciət edib və qalib gəlib, lakin Vahid Sosial Xidmət apellyasiya şikayəti verib və birinci instansiya məhkəməsinin qərarını ləğv etməyə nail olub. İndi iş Baqratyanın kassasiya şikayəti ilə Kassasiya Məhkəməsindədir.

Hrant Baqratyan 2 fevral 1993-cü ildən 4 noyabr 1996-cı ilə qədər baş nazir vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə