Rusiya Federasiyası 8 ölkədə, o cümlədən Ermənistanda konsulluq xidmətlərinin göstərilməsi üçün mərkəzlər açmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bunuRusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a bildirib.
O deyib ki, mərkəzlər hüquqi statusu müəyyən edildikdən sonra fəaliyyətə başlayacaq. Onlar Qazaxıstan, Qırğızıstan, BƏƏ, Serbiya, Tacikistan və Özbəkistanda da xidmət edəcəklər.
Məlumata görə, Ermənistanda belə bir mərkəz Qafanda açılacaq. Tezliklə fəaliyyətə başlayacaq.