Modern.az

Qadınlar Baydeni, kişilər Trampı DƏSTƏKLƏYİR

Qadınlar Baydeni, kişilər Trampı DƏSTƏKLƏYİR

Dünya

1 Fevral 2024, 11:28

Qadınların demokrat namizədə səs vermək istəyinin artması nəticəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları ilə hazırkı dövlət başçısı Co Bayden arasında gender fərqi getdikcə genişlənir.

Modern.az xəbər verir ki, “Politico”nun məlumatına görə, bunu Quinnipiac Universitetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuda iştirak edən qadınların yalnız 36%-i Trampı dəstəklədiyini, 58%-i isə Baydenə səs vermək istədiyini bildirib.

Öz növbəsində kişilərin təxminən 53%-i Trampı dəstəkləyir, yalnız 42%-i Baydenə səs vermək niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə