Modern.az

Kadırovun qızına yeni vəzifə verildi

Kadırovun qızına yeni vəzifə verildi

Dünya

1 Fevral 2024, 11:52

Ramzan Kadırovun qızı Xədicat Çeçenistan başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, Kadırovun teleqram kanalında verdiyi məlumata görə, onun bu vəzifəyə təyin edilməsi təklifi ilə respublikanın administrasiyasının rəhbəri Qalas Taimaxanov çıxış edib.

 

RBC-nin açıq mənbələrdən əldə etdiyi məlumata görə, yanvarın 17-də Xədicət Kadırovanın 24 yaşı tamam olub. Əvvəllər Kadırovun qızı Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova isə 2023-cü ilin oktyabrında Çeçenistan baş nazirinin sosial məsələlər üzrə müavini vəzifəsini icra edib. Ramzan Kadırovun böyük oğlu Axmat noyabrda Respublika Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti Nazirliyinə birinci müavin təyin olunub. Eyni zamanda, 15 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə