Aİ ölkələrinin nümayəndələri Viktor Orbanın Ukraynaya yardım məsələsində güzəştə gedəcəyinə ümid edirlər.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, bu gün Aİ liderləri Brüsseldə Ukraynaya 50 milyard avroluq yardım paketini müzakirə edəcək zirvə toplantısına toplaşacaqlar.
Bundan əvvəl, keçən ilin dekabr sammiti zamanı Macarıstanın baş naziri Viktor Orban Aİ-nin yekun qətnaməsinə veto qoymuşdu.
Qalan 26 Aİ ölkəsi Rusiya prezidenti Vladimir Putinlə təmaslarını davam etdirən Orbanın indi təslim olacağına ümid edir.
Bundan əlavə, Almaniya kansleri Olaf Şolts tərəfdaşlarını Kiyevə dəstəyi artırmağa çağırmaq istəyir. Almaniyanın özü, xüsusən də Ukraynaya 7milyard avro köçürməyi vəd edib. Kanslerin fikrincə, bu, Aİ ölkələri arasında rekord məbləğdir.