"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu fevralın 1-dən Ermənistanda rəsmi olaraq qüvvəyə minir və bununla da 124-cü iştirakçı dövlət olur".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın İrəvandakı səfiri Olivye Dekotini bildirib.
"Ermənistanın bu cəsarətli qərarı cəzasızlıqla mübarizəyə töhfə verir", - diplomat iddia edib.
Qeyd edək ki, bununla BCM-in Rusiya prezidenti Vladimir Putinin həbsi ilə əlaqədar qərarı Ermənistan üçün məcburi olub.