Modern.az

Lavrov MDB səfirlərini topladı

Lavrov MDB səfirlərini topladı

Dünya

1 Fevral 2024, 21:42

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə MDB ölkələrinin Rusiyada akkreditə olunmuş səfirləri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

 

2023-cü ildə MDB formatında çoxtərəfli əməkdaşlığın nəticələri müzakirə edilib, Rusiyanın bu il təşkilatda sədrliyinin prioritetləri nəzərə alınmaqla gələcək üçün əsas vəzifələr qeyd olunub.

 

Bundan başqa, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?