Modern.az

Çin Ukraynadan bunu tələb edir

Çin Ukraynadan bunu tələb edir

Dünya

2 Fevral 2024, 11:10

Pekin cümə axşamı günü Kiyevdən Çinin 14 şirkətini "müharibənin beynəlxalq sponsorları" siyahısından dərhal çıxarmağı tələb edib.

 

Modern.az xəbər verir ki, bu açıqlamalar Çinin Kiyevdəki səfirinin keçən ay Ukrayna hökumətinin yüksək rütbəli rəsmilərinə həmin şirkətlərin siyahıya daxil edilməsinin ikitərəfli əlaqələrə xələl gətirə biləcəyi barədə xəbərdarlığından sonra verilib.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Çin şirkətlərinin müvafiq siyahıya daxil edilməsinin qəti əleyhinədir və Ukraynadan dərhal bu səhvi düzəltməyi və onun ikitərəfli əlaqələrə mənfi təsirlərini aradan qaldırmağı tələb edir". O, bu təsirlərin nədən ibarət olduğunu dəqiqləşdirməyib.

 

Pekinin Moskva ilə sıx əlaqələri var və Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etməkdən çəkinir. Amma o, eyni zamanda, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirib, tərəflər arasında vasitəçilik etməyi təklif edib.

 

Ukrayna qlobal miqyasda 48 şirkəti, o cümlədən Çinin 14 kompaniyasını “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib, onların biznes fəaliyyətlərinin dolayısı ilə Rusiyanın müharibə səylərinə kömək etdiyini və ya töhfə verdiyini bildirib.

 

Ukraynalı diplomat isə qeyd edib ki, Çinin səfiri Ukrayna qarşısında heç bir şərt qoymayıb, sadəcə, siyahı ilə bağlı fikirlərini ifadə edib.

 

Qeyd etmək lazımdır ki, Çin BMT-nin vasitəçiliyi ilə həyata keçirilən taxıl dəhlizi çərçivəsində Ukraynanın ərzaq ixracatının əsas istiqaməti olub. Bu marşrutla daşınan 30 milyon ton taxılın təxminən 7,9 milyon tonu həmin istiqamətdə göndərilib. Bundan başqa, keçən ilin avqustunda Kiyev yeni Qara dəniz yükdaşıma dəhlizi yaradıb və hökumətin verdiyi məlumata görə, Ukraynanın ərzaq, metal və filiz də daxil olmaqla dəniz yolu ilə ixracının təxminən 30 faizi Çinin payına düşür.

 

"Müharibənin beynəlxalq sponsorları" siyahısında ABŞ, Fransa və Almaniyanın da 16 şirkəti yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə