İsrailin Suriyanın Dəməşq vilayətinə endirdiyi raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhətçilərindən biri ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" dövlət agentliyi məlumat yayıb.
“SEPAH-ın Suriyadakı hərbi məsləhətçilərindən biri Səid Əlidadi Dəməşqin cənub kənarında İsrailin səhər saatlarında endirdiyi zərbədən sonra ölüb”, - məlumatda deyilir.
Qeyd edək ki, İsrail mənbələri iki SEPAH zabitinin öldüyünü bildirib.