Modern.az

Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”

Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”

Dünya

3 Fevral 2024, 08:46

Ermənistan Respublikasının heç bir ölkədən ərazi iddiası yoxdur.

Modern.az xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan İctimai TV-nin efirində bildirib.

“Ermənistan Respublikasının heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Silahlı qüvvələrimizin məqsədi və missiyası Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Bu, ordumuzun təməlində dayanan konsepsiyadır”, - deyən Papikyan ordunun missiyasına öz yanaşmasını dilə gətirib və mahiyyətcə dünən baş nazir Nikol Paşinyanın İctimai radioda söylədiyi fikri təkrarlayıb.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə