Modern.az

Ərdoğan azərbaycanlı xilasedicilərə təşəkkür etdi

Ərdoğan azərbaycanlı xilasedicilərə təşəkkür etdi

Dünya

3 Fevral 2024, 18:18

“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:

 

“Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə