Modern.az

Quam sahilində güclü ZƏLZƏLƏ

Quam sahilində güclü ZƏLZƏLƏ

4 Fevral 2024, 14:30

Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətindən bildirilib.

 

Təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə