Modern.az

İsrail ordusu Hizbullaha zərbələr endirdi

İsrail ordusu Hizbullaha zərbələr endirdi

Dünya

4 Fevral 2024, 20:50

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hədəflərinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

 

Məlumata görə, Livanın cənubunda yerləşən Blida və Meys əl-Cəbəl yaxınlığındakı mövqelər atəşə tutulub.

 

Hücum döyüş təyyarələri və tanklar vasitəsilə həyata keçirilib.

 

İsrail ordusu hücumun cavab zərbələri olduğunu bildirib. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?