Modern.az

Minaya düşən Tərtər sakini ilə bağlı daha bir AÇIQLAMA

Minaya düşən Tərtər sakini ilə bağlı daha bir AÇIQLAMA

Dünya

4 Fevral 2024, 22:05

Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, xəstəxanadan bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

 

Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə