Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.
Qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Detallar araşdırılır.