Modern.az

Rusiyada helikopter qəzası: 3 nəfər həlak olub

Rusiyada helikopter qəzası: 3 nəfər həlak olub

Dünya

5 Fevral 2024, 11:10

Kareliyada Rusiya Fövqəladə Hallar Nazirliyinin itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yer aşkarlanıb. Helikopter Oneqa gölünün üzərində qəzaya uğrayıb.


Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mi-8 helikopterinin qalıqları Oneqa gölünün sahilindən 11 km aralıda tapılıb.

“Tapıntının olduğu yerdə gölün dərinliyi 40-50 m arasındadır", - Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.


Qəzaya uğrayan Mi-8 helikopterində Sankt-Peterburqdan olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Vyteqrada keçirilən “Rus buzları” yarışına uçurdular.

Təyyarə Petrozavodskda yanacaq doldurub və son təyinat yerinə gedərkən itib.

Hava proqnozu əlverişsiz olsa da, uçuşa icazə verilib.

Qəza nəticəsində üç ekipaj üzvü həlak olub: komandir, ikinci pilot və bort mühəndisi.


Nazirlikdə fövqəladə vəziyyətin araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb. Xilasetmə işinə 33 texnika və 140-dan çox insan cəlb olunub. Onların arasında Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin dalğıcları da var.

Kareliyada Mi-8 helikopterinin qəzaya uğramasından sonra cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb. Hazırda müstəntiqlər helikopterin qəzaya uğradığı yerə baxış keçirirlər. Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə