Modern.az

Hazırda ölkəmizin 26 faiz ərazisi Rusiya işğalı altındadır - ZELENSKİ

Hazırda ölkəmizin 26 faiz ərazisi Rusiya işğalı altındadır - ZELENSKİ

Dünya

5 Fevral 2024, 11:52

"Hazırda Ukrayna ərazisinin 26%-i Rusiyanın işğalı altındadır".

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın "Rai1" telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"İki ildən sonra dövlətimizi müdafiə etməyi bacarmağımız vacibdir. Milli ərazinin təxminən 26%-i hələ də işğal altındadır, lakin biz görürük ki, Rusiya ordusu ciddi irəliləyiş əldə edə bilmir. Biz onları dayandırdıq", - o vurğulayıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 2014-cü ildə isə Krım ilhaq olunub.

Bu xəbər ilə bağlı
Cəbhədə vəziyyət dalana dirənib - ZELENSKİ
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə