Modern.az

İrəvanda PARTLAYIŞ - Dağıntılar altında qalanlar var

İrəvanda PARTLAYIŞ - Dağıntılar altında qalanlar var

Dünya

5 Fevral 2024, 12:12

Ermənistan paytaxtı İrəvanın Erebuni rayonunda çökmə ilə müşayiət olunan partlayış baş verib.

 

Modern.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bu barədə "Sputnik Armenia"ya bildirib.

 

Qeyd olunub ki, dağıntılar altında insanlar ola bilər. İlkin məlumatlara görə, Nor-Areş 34 ünvanında yerləşən iki ev dağılıb.

 

Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verdiyini yazıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə