Modern.az

Ukraynada hərbi vəziyyət uzadılır

Ukraynada hərbi vəziyyət uzadılır

Dünya

5 Fevral 2024, 13:58

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik və hərbi vəziyyətin daha 90 gün, yəni mayın 14-dək uzadılması ilə bağlı qanun layihələrini Radaya təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Hazırkı hərbi vəziyyət və səfərbərliyin müddəti 2024-cü il fevralın 14-də başa çatır.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə