Modern.az

Separatçıların "nazir"i MƏHV EDİLDİ

Separatçıların

Dünya

5 Fevral 2024, 14:14

Ukrayna Silahlı Qüvvələrinin fevralın 3-də Lisiçanska zərbə endirməsi nəticəsində qondarma "Luqansk Xalq Respublikası"nın "fövqəladə hallar naziri” Aleksey Potelesçenko məhv edilib.

 

Modern.az xəbər verir ki, faktı həm Ukrayna, həm də Rusiya mənbələri təsdiqləyib.

 

Məlumatlarda onunla birlikdə 28 separatçının da sıradan çıxarıldığı qeyd olunub.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə