"Çox çətin olacaq, amma utancverici olmayacaq".
Modern.az xəbər verir ki, bunu Ukrayna ordusunun ali baş komandanı Valeri Zalujnı baş qərargah rəisi Sergey Şaptalanı ad günü münasibətilə sosial şəbəkədə təbrik edərkən yazıb.
"Bizim üçün hələ çox çətin olacaq, amma biz heç vaxt utanmayacağıq. Mən xoşbəxtəm ki, siz bu həyatda və müharibə zamanı yanımda, Ukraynanı həqiqətən hər şeydən üstün tutan bir insan olmusunuz. Ad günün mübarək Dost! Ən yaxşısına inanın. Biz artıq buna layiqik”, - deyə o qeyd edib.
Xatırladaq ki, Zalujnı və Şaptalanın işdən çıxarılacağı deyilirdi.