Modern.az

Rusiya səfiri Fransa XİN-ə çağırılır - SƏBƏB

Rusiya səfiri Fransa XİN-ə çağırılır - SƏBƏB

Dünya

5 Fevral 2024, 17:48

Rusiyanın Berislava endirdiyi zərbə nəticəsində iki fransız könüllünün ölümündən sonra Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.

 

Modern.az xəbər verir ki, AFP diplomatik dairələrdəki mənbəyə istinadən bu barədə yazıb.

 

Paris protestant humanitar təşkilatının iki əməkdaşının ölümü ilə nəticələnən hücumu pisləyəcək. Bundan əlavə, Rusiyanın Fransaya qarşı yaydığı yalan məlumatların həcminin artması müzakirə olunacaq.

 

Qeyd edək ki, Rusiyanın Ukraynanın Berislav şəhərinə endirdiyi zərbə nəticəsində 2 fransız ölüb, 3-ü yaralanıb. Qurbanlar orada yardım təşkilatı olan İsveçrə Protestant İslahat Kilsəsi (Eper) üçün işləyirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə