Modern.az

Rusiya Akunin və Arestoviçi qiyabi həbs etdi

Rusiya Akunin və Arestoviçi qiyabi həbs etdi

Dünya

6 Fevral 2024, 12:24

Yazıçı Boris Akunin və hərbi-siyasi analitik Aleksey Arestoviç Rusiya Federasiyasında qiyabi həbs olunublar.

 

Modern.az xəbər verir ki, Moskvanın Basman məhkəməsi yazıçı Boris Akunini “feyklər” və “terrorçuluğa bəraət qazandırmaq” işi üzrə qiyabi həbs edib.

 

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri, təhlilçi Aleksey Arestoviç də analoji ittihamlarla – “terror fəaliyyətinə çağırışlar və ordu haqqında yalan xəbərlər yaymaqda” ittiham olunaraq qiyabi həbs edilib.

 

Cinayət işlərində təqsirləndirilən hər iki şəxs Rusiyada deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə