2 minə yaxın yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şimali Osetiya Respublikasının Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda qar uçqunu təhlükəsi səbəbindən hərəkət bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Ümumilikdə Rusiya tərəfdən 1969 ağır yük maşını Gürcüstana daxil olmaq üçün gözləyir.