Macarıstan İrəvanda konsulluq açmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bunu Macarıstan prezidenti Katalin Novak ermənistanlı həmkarı Vahaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Novak ölkəsinin Ermənistan üçün viza rejiminin liberallaşdırılması prosesini dəstəkləyəcəyini vurğulayıb.