Çilinin keçmiş prezidenti Sebastian Pinera helikopter qəzasında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Çilinin daxili işlər naziri Karolina Toja məlumat yayıb.
O bildirib ki, helikopterdə olan digər üç sərnişin sağ qalıb.
Yerli mətbuatın məlumatına görə, helikopter fevralın 6-da güclü yağışların yağdığı bölgəyə düşüb.
Qeyd edilir ki, helikopteri Pinyeranın özü idarə edib, o, iş adamı Xose Koksla nahar etmək üçün uçurmuş.
Sebastian Pinera 2010-cu il martın 11-dən 2014-cü il martın 11-dək və 2018-ci il martın 11-dən 2022-ci il martın 11-dək Çili prezidenti vəzifəsində çalışıb.
70-ci illərin sonlarında Pinyera bizneslə məşğul olub. 2014-cü ildə "Forbes" onun sərvətini 2,4 milyard dollar qiymətləndirib.
Pinera siyasi karyerasına 1988-ci ildə başlayıb. O, sağ mərkəzçi Milli Yeniləşmə partiyasının üzvü olub.