Almaniyada "Lufthansa" şirkətinin işçiləri tətilə başlayıb, əksər uçuşlar ləğv edilib.
Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, tətil 27 saat davam edəcək.
Bu, Berlin, Frankfurt-Mayn, Münhen, Hamburq və Düsseldorf hava limanlarına təsir edəcək. Tətil "Lufthansa"nın bu günə planlaşdırılan 1000 uçuşun 80-90 faizini ləğv etməsinə səbəb olub. Aviaşirkət 100 mindən çox sərnişinin təsirlənəcəyini bildirib.
Həmkarlar ittifaqı inflyasiyanı kompensasiya etmək üçün 25 min hava limanı işçisinin maaşının 12,5% (lakin ayda 500 avrodan az olmamaq şərti ilə) artırılmasını və hər birinə 3000 avro ödənilməsini tələb edir.