Modern.az

Qrossi Zaporojye AES-ə baş çəkdi

Qrossi Zaporojye AES-ə baş çəkdi

Dünya

7 Fevral 2024, 12:14

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti işğal olunmuş Ukrayna ərazilərindəki Zaporojye Atom Elektrik Stansiyasına gedən yolda Vasilyevka şəhəri yaxınlığındakı Rusiya nəzarət-buraxılış məntəqəsindən keçib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətinin korteji 12 avtomobildən ibarətdir, onları hərbi polis müşayiət edir.

 

2022-ci ilin oktyabr ayından AES "Rosenergoatom" ASC-nin (Rosatomun törəmə müəssisəsi) idarəçiliyi altındadır. AEBA ekspertləri 2022-ci il sentyabrın 1-dən, Qrossinin əraziyə ilk səfərindən sonra zavoda nəzarət edirlər.

 

Bununla belə, AEBA açıqlayıb ki, onun mütəxəssislərinə Zaporojye AES-in bir neçə enerji blokuna baş çəkməyə icazə verilməyib. Dünən Rafael Qrossi Kiyevə səfər edib və Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə