Modern.az

Blinken İsrail baş naziri ilə görüş keçirdi

Blinken İsrail baş naziri ilə görüş keçirdi

Dünya

7 Fevral 2024, 17:24

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Blinken bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib.

 

Həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə mövzusu olub.

 

Qeyd edək ki, ABŞ dövlət katibi HƏMAS-la İsrail arasında toqquşmanın başladığı 7 oktyabr 2023-cü il tarixindən bir neçə dəfə regiona səfər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?