Modern.az

Pakistanda seçkilər: Sərhədlər və mobil rabitə bağlanıb...

Pakistanda seçkilər: Sərhədlər və mobil rabitə bağlanıb...

Dünya

8 Fevral 2024, 12:12

Pakistanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı ölkə daxilində mobil rabitə xidmətləri müvəqqəti olaraq dayandırılıb və bəzi quru sərhədləri bağlanıb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu addım təhlükəsizlik məqsədilə atılıb.


Sonuncu insidentdə dünən - seçkidən 1 gün əvvəl ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində seçki namizədlərinin ofisləri yaxınlığında baş verən 2 partlayış nəticəsində 26 nəfər həlak olub.

 

Qeyd olunub ki, seçki dərin iqtisadi böhranın ortasında və yüksək qütbləşmiş siyasi mühitdə keçirilir. Minlərlə hərbçi ölkə daxilindəki seçki məntəqələrinə yerləşdirilib. Bəzi seçicilər və siyasi qüvvələr mobil xidmətlərin dayandırılmasına qəzəblərini ifadə ediblər.

 

Kəşfiyyat xidmətlərindəki mənbənin bildirdiyinə görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin avtomobilinə atəş açması nəticəsində bir nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə