Modern.az

Ukraynaya yardım layihəsi ilk oxunuşda Senatdan keçib

Ukraynaya yardım layihəsi ilk oxunuşda Senatdan keçib

Dünya

9 Fevral 2024, 10:58

Ukraynaya yardım layihəsi ABŞ Senatında ilk səsvermədən keçib.

 

Modern.az xəbər verir ki, qanun layihəsi hələ daha iki səsvermədən keçməlidir.

 

Ukrayna, İsrail və Tayvana ümumi məbləği 95 milyard dollar olan hərbi yardımı nəzərdə tutan yeni qanun layihəsi ilk prosedur səsverməsindən keçib. Buraya Ukraynaya dəstək üçün 60 milyard dollar daxildir.

 

İndi senatorlar sənədə düzəlişləri müzakirə etməli, sonra isə ona yenidən səs verməlidirlər. Daha sonra sənəd respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasına göndəriləcək.

 

Bir gün əvvəl onlar digər dövlətlərə hərbi yardımla yanaşı, qeyri-qanuni miqrasiyadan qorunmaq üçün Amerika sərhədlərinin gücləndirilməsi üçün vəsaitin ayrılmasını ehtiva edən qanun layihəsinin qəbuluna mane olmuşdular.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə