Modern.az

Naməlum şəxs bazarda atəş açıb - Ölənlər və yaralananlar var

Naməlum şəxs bazarda atəş açıb - Ölənlər və yaralananlar var

Dünya

9 Fevral 2024, 11:46

Gürcüstanda naməlum şəxs bazarda atəş açıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bildirilib ki, hadisə Rustavi şəhərindəki bazarda baş verib. Qeyd olunub ki, nəticədə 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bazarda atəş açan şəxs saxlanılıb. Bu, 36 yaşlı kişidir. Öənlər arasında atəş açan şəxsin əmisi, yaralananlar arasında isə əmisi oğlu da var.

 

Detallar araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə