Modern.az

Məhkəmə Trampın xeyrinə qərar çıxara bilər

Məhkəmə Trampın xeyrinə qərar çıxara bilər

Dünya

9 Fevral 2024, 11:54

ABŞ-ın sabiq prezidenti Donald Trampın işi üzrə Ali Məhkəmənin dinləmələrini izləyən jurnalistlər və hüquqşünaslar qərarın onun xeyrinə olacağına artıq demək olar ki, tam əmindirlər.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Dekabrda Kolorado Ali Məhkəməsi Konstitusiyanın iğtişaşçılara dövlət vəzifəsi tutmasını qadağan edən maddəsinə istinad edərək, Donald Trampın adının ABŞ prezidentliyinə namizədlər siyahısına daxil edilməsini qadağan edib.

 

Lakin ölkənin Ali Məhkəməsi ştatın təkcə öz əhalisi üçün deyil, bütün dövlət vətəndaşları üçün qərar verə biləcəyinə şübhə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə