Modern.az

İvanişvili siyasətdə əsl qrossmeysterdir - Baş nazir

İvanişvili siyasətdə əsl qrossmeysterdir - Baş nazir

9 Fevral 2024, 14:10

"Bidzina İvanişvili siyasətdə əsl qrossmeysterdir".

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze deyib.

 

O bildirib ki, İvanişvilinin məsləhətlərini vacib hesab edir.

 

"İvanişvili irəliyə doğru 10, 15, 20 addımı hesablaya bilir. O, təkcə mənim əsas siyasi məsləhətçim deyil, həm də partiyanın əsas siyasi müşaviridir. Onun hər birimiz üçün, şəxsən mənim üçün məsləhətləri çox vacibdir", - Kobaxidze qeyd edib.

 

Xatırladaq ki, Kobaxidze parlamentdə Gürcüstanın baş naziri seçilib və prezident tərəfindən təyinatı gerçəkləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?