Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri zamanı oxşarı ilə qarşılaşıb.
Modern.az xəbər verir ki, Vaşinqtonda danışıqlar zamanı Almaniya kansleri ona çox oxşayan demokrat senator Kris Kunsla üz-üzə gəlib.
Birlikdə çəkdirdikləri fotonu X-də paylaşan Şolts qeyd edib: "Mənim dublum Kris Kunsu yenidən görmək çox xoşdur".