Ermənistan Mərkəzi Seçki Komissiyası keçmiş meri Hayk Marutyan və “Ana Ermənistan” blokunun iki nümayəndəsi Sona Aqekyan və Narine Ayrapetyanın əvəzinə İrəvanın Ağsaqqallar Şurasının 3 yeni üzvünə mandat verib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Onları paytaxtın rəhbər orqanında müvafiq olaraq Aram Manukyan, Armenak Danielyan və Susanna Melikyan əvəz edəcək.
Fevralın 7-də keçirilən iclasda Marutyan və iki müxalif həmkarı çoxsaylı səbəbsiz iştirak etməmələri əsas gətirilərək mandatlarından məhrum ediliblər.