Modern.az

Rusiya 3-5 il ərzində NATO-ya hücum edə bilər - Müdafiə naziri

Rusiya 3-5 il ərzində NATO-ya hücum edə bilər - Müdafiə naziri

Dünya

9 Fevral 2024, 17:38

"Rusiya 3-5 il ərzində NATO-ya hücum edə bilər".

 

Modern.az xəbər verir ki, bunu Danimarkanın müdafiə nazirii Troels Lund Poulsen "Jyllands-Posten" qəzetinə deyib.

 

O bildirib ki, Rusiyanın silah istehsal gücü əhəmiyyətli dərəcədə artıb.

 

“Rusiyanın 3-5 il ərzində müqavilənin 5-ci maddəsini (kollektiv müdafiə) və NATO həmrəyliyini sınaqdan keçirəcəyini istisna etmək olmaz”.

 

Poulsenin sözlərinə görə, NATO-nun ötən il belə proqnozları olmayıb: "Bu, indi ortaya çıxan yeni məlumatlardır".

 

Yanvarda Almaniyanın müdafiə naziri Boris Pistorius demişdi ki, alyans 5-8 ildən sonra Rusiyanın hücumuna hazır olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə