Ermənistan hökuməti Rusiya sərhədçilərinin İrəvanda yerləşən “Zvartnots” hava limanındakı fəaliyyətindən narazıdır.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, rus sərhədçilərin hava limanındakı özbaşınalığı ilə bağlı araşdırma başladılıb.
Məlumata görə, Rusiya sərhədçiləri hava limanında özbaşınalıqlar törədiblər.
Bu yaxınlarda yayılan görüntülərə görə, sözügedən hava limanında Rusiya sərhədçiləri Qırğızıstan vətəndaşına yaxınlaşaraq, onub ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməsini istəyiblər.