Modern.az

Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib AÇIQLAMA

Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib AÇIQLAMA

Qarabağ

10 Fevral 2024, 11:50

Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

 

Qaluzin qeyd edib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.

 

"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?