Modern.az

Sərvərin avtomobili Adıyamanda sərgilənəcək

Sərvərin avtomobili Adıyamanda sərgilənəcək

Dünya

10 Fevral 2024, 15:47

Türkiyədə ötən il baş verən zəlzələ zamanı yardım dolu avtomobili ilə gündəmə gələn Sərvər Bəşirlinin maşını Adıyamanda sərgilənəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu " agentliyi məlumat yayıb. 

 

Bildiriblir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir.

 

“Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər”, - Sərvər Bəşirli təklifə belə cavab verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə