Modern.az

Filippində torpaq sürüşməsi - 37 ölü

Filippində torpaq sürüşməsi - 37 ölü

Dünya

11 Fevral 2024, 13:54

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, yerli məmur Edvard Makapilinin sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

 

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

 

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə