Modern.az

Fransadan irqi ayrı-seçkiliyi ehtiva edən növbəti qərar

Fransadan irqi ayrı-seçkiliyi ehtiva edən növbəti qərar

Dünya

11 Fevral 2024, 14:38

Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi - Qeyd) doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Dermanen məlumat verib.

 

“Biz Mayottada miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, yoxsa fransız olmaq mümkün olmayacaq”,- deyə o bildirib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.

 

Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir. Lakin bu qərarın yalnız Mayotta adasına qarşı tətbiq edilməsi irqi ayrı-seçkiliyi özündə ehtiva edir.

Bu adaya Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə