Modern.az

Yaxın 3 gün ərzində hava necə olacaq?

Yaxın 3 gün ərzində hava necə olacaq?

27 Aprel 2010, 12:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprel 27-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 14-17 dərəcə isti təşkil edəcək.

Aprel 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Aprel 29-da hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprel 27-də axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

28-29 apreldə axşam və gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimal olunur. Aprelin 29-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, aprelin 28-də arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür