Modern.az

Florensiyada bina çökdü, 3 nəfər öldü

Florensiyada bina çökdü, 3 nəfər öldü

Dünya

16 Fevral 2024, 16:36

İtaliyanın Florensiya şəhərində yeni inşa edilən supermarket binasının istinad divarının çökməsi nəticəsində üç işçi həlak olub.

 

Modern.az xəbər verir ki, hadisə baş verən zaman tikinti sahəsində ümumilikdə 8 nəfərin olduğu, onlardan ikisinin yaralandığı, üç nəfərin uçqun altında qaldığı bildirilib. Mülki müdafiə qüvvələri hazırda axtarış-xilasetmə işlərini davam etdirir.

 

İtaliyanın Baş naziri Ciorcia Meloni hadisədən kədərləndiyini deyib, faciə nəticəsində həlak olanların ailələrinə hökumət adından başsağlığı verib. O, axtarış-xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə