Belarus prezidenti Aleksandr Lukaşenko Üçüncü Dünya müharibəsi təhlükəsi barədə danışıb.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, Lukaşenko heç kimin özünü təhlükəsizlikdə hiss etmədiyini vurğulayıb:
"Son onilliklər ərzində planetdə elə bir ölkə və ya xalq yoxdur ki, özünü tam təhlükəsiz hiss etsin. Hərbi güc yenidən dünya mərkəzlərinin problemlərin həlli üçün əsas arqumentinə çevrilib".
"İndi isə biz sözün əsl mənasında Üçüncü Dünya müharibəsinin xəbərdarlığı deyilən informasiya dalğası ilə əhatə olunmuşuq", - Belarus prezidenti əlavə edib.