Modern.az

Türkiyədə Fransanın casus şəbəkəsi ifşa edildi - 3 nəfər saxlanıldı

Türkiyədə Fransanın casus şəbəkəsi ifşa edildi - 3 nəfər saxlanıldı

Dünya

20 Fevral 2024, 15:00

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyədəki fəaliyyətini ifşa edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyən edilən 3 nəfər saxlanılıb.

 

Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxs Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar həbs edilərək həbsxanaya göndərilib.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə