Modern.az

Latviya Gürcüstanın adını dəyişdirir...

Latviya Gürcüstanın adını dəyişdirir...

Dünya

20 Fevral 2024, 16:42

Fevralın 21-də Latviya Seyminin Xarici Əlaqələr Komissiyasının iclasında deputatlar Xarici İşlər Nazirliyi və Dövlət Dili Mərkəzinin nümayəndələri ilə Gürcüstanın öz adının - “Sakartvelo”nun istifadəsini müzakirə edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Latviya mətbuatı məlumat yayıb.

 

Bundan əvvəl Latviya bəyan etmişdi ki, Gürcüstanın adının dəyişdirilməsi və alternativ addan istifadə məsələsinə hələlik baxılmır.

 

Eyni zamanda, Litva artıq Gürcüstanı Sakartvelo (lit. Sakartvelas) adlandırıb. Yaponiya və Cənubi Koreya “Gürcüstan” əvəzinə “Georgia” adından istifadə etməyə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə