Modern.az

Navalnıya görə Rusiyaya sanksiyalar tətbiq ediləcək 

Navalnıya görə Rusiyaya sanksiyalar tətbiq ediləcək 

Dünya

20 Fevral 2024, 22:17

ABŞ müxalifətçi Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

 

Onun sözlərinə görə, Ağ Ev fevralın 23-ü cümə günü yeni məhdudiyyətlər elan edəcək. 

 

Kirbi hansı məhdudiyyətlərin tətbiq olunacağını açıqlamayıb.

 

“Rusiya rəhbərliyi dünyaya hansı hekayəni söyləmək qərarına gəlsə də, aydındır ki, prezident Putin və onun hökuməti Navalnının ölümünə görə məsuliyyət daşıyır”, - Kirbi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə