Modern.az

BMT Qəzzanın şimalına ərzaq yardımını dayandırdı

BMT Qəzzanın şimalına ərzaq yardımını dayandırdı

Dünya

21 Fevral 2024, 08:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qəzza zolağının şimalına ərzaq yardımının çatdırılmasını dayandırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

 

“FAO Qəzza zolağının şimalına təhlükəsiz şərait yaradılana qədər ərzaq yardımının tədarük edilməsini dayandırır", - deyə məlumatda qeyd olunur.

 

Təşkilat, tədarükün dayandırılması səbəbindən anklavdakı vəziyyətin daha da pisləşə biləcəyini və daha çox insanın acından ölmə riski ilə üzləşəcəyini də etiraf edib.

 

Açıqlamaya görə, təşkilat ərzağın göndərilməsini mümkün qədər tez bərpa etməyin yollarını axtaracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə